Ru
15:18 / 16 Sentyabr 2026

Sürücüsüz yük maşını yollarda - FOTO

Sürücüsüz yük maşını yollarda  - FOTO
Eye

Almaniyada ilk dəfə sürücüsüz və tam avtonom yük maşını real yollarda məhsul daşınmasına başlayıb.

“Bakupost” xəbər verir ki, İsveçin “Einride” şirkəti və “Lidl” supermarket şəbəkəsi tərəfindən istifadə olunan yük maşını 4-cü səviyyə avtonom idarəetmə texnologiyasına malikdir. Avtomobildə sürücü və təhlükəsizlik operatoru yoxdur.

Yük maşını “Lidl”in logistika mərkəzi ilə mağaza arasında məhsul daşıyır. Nəqliyyat vasitəsi Almaniyanın Federal Motorlu Nəqliyyat İdarəsinin xüsusi icazəsi ilə yollara buraxılıb.

Şirkətlər bu layihəni gələcəkdə genişləndirərək bir neçə dayanacağı əhatə edən çatdırılma şəbəkəsi yaratmağı planlaşdırır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar