Ru
15:55 / 16 Sentyabr 2026

70 min manatlıq “Ford Puma” satışa çıxdı - FOTO

70 min manatlıq “Ford Puma” satışa çıxdı  - FOTO
Eye

“Ford” yeni “Puma ST-Line Black Edition” modelini Türkiyə bazarına təqdim edib.

“Bakupost” xəbər verir ki, avtomobil 70 min manatdan başlayan qiymətlə satışa çıxarılıb. Model qara damı, qara güzgü qapaqları, ön barmaqlıq detalları və 18 düymlük qara alüminium diskləri ilə seçilir.

Avtomobil 1,0 litrlik “EcoBoost” hibrid mühərriklə təchiz olunub. Mühərrik 125 at gücü və 170 Nm fırlanma anı hasil edir. 7 pilləli avtomatik transmissiya ilə təchiz olunan avtomobil 0-dan 100 km/saatadək 9,6 saniyəyə sürətlənir.

Modeldə arxa görüntü kamerası, ön və arxa park sensorları, kruiz-kontrol və zolaqda saxlama köməkçisi kimi funksiyalar da var.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar