Ru
23:31 / 05 Dekabr 2024

Makron istefa verməkdən imtina etdi

Makron istefa verməkdən imtina etdi
2729

Fransa prezidenti İmmanuel Makron səlahiyyət müddətinin sonuna qədər prezident olaraq qalacağını bildirib.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, o, istefa verməyəcəyini deyib.

"Çoxluq yoxdur. Bu vəziyyət yeni siyasi təşkilat tələb edir. Mən müxtəlif qüvvələrin birlikdə işləməsinə çalışdım. Barnye ən yaxşı seçim idi və ona şans verdim. Hər ikisi anti-respublika cəbhəsində birləşdiyi üçün senzuraya məruz qaldı. Onlar mənim üzərimə məsuliyyətə qoymaq istəyirlr, amma belə deyil.

Mən istefa verməyəcəyəm! Yaxın günlərdə baş nazir təyin edəcəyəm, o da bütün qüvvələri təmsil edəcək hökumət quracaq...” deyə Makron xalqa müraciətində bildirib.

O, bu hadisələrin son 60 ildə ölkə tarixində heç bir presedenti olmadığını və “həddindən artıq sağ və ifrat solçular anti-respublika cəbhəsində birləşdiyi üçün” baş verdiyini bildirib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar