Fransa prezidenti Emmanuel Makron Trampın Avropa İttifaqına tətbiq etdiyi tarifləri pisləyib və ABŞ-ni cavab tədbirləri ilə hədələyib.
Bakupost.az xəbər verir ki, o bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
O qeyd edib: "Fransa avqustun 1-dən etibarən Aİ-nin ABŞ-a ixracına 30%-lik gömrük rüsumunun tətbiq edilməsi ilə bağlı elanı qəti şəkildə bəyənmədiyini bildirir. Bu bəyanat, Avropa Komissiyası ilə ABŞ arasında yaxşı niyyətlə irəli sürülən konstruktiv təklif əsasında həftələrdir davam edən intensiv danışıqların ardınca səslənir".
O bildirib ki, avqustun 1-dək razılaşma əldə olunmazsa, anti-məcburetmə mexanizmi də daxil olmaqla, əsaslı cavabın hazırlanmasını sürətləndirmək lazım gələcək. Bu əsasda Fransa 1 avqust tarixinə qədər qarşılıqlı məqbul bir razılaşma əldə etmək məqsədi ilə Avropa Komissiyasını dəstəkləyir".