Ru
09:15 / 23 Aprel 2024

Malayziyanın iki hərbi helikopteri toqquşdu: 10 ölü - VİDEO

522
Malayziyada iki hərbi helikopter parada hazırlıq zamanı qəzaya uğrayıb.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin qərbindəki Lumutdakı hərbi dəniz bazasına aid helikopterlər bu gün səhər saatlarında havada toqquşub.

Malayziya Hərbi Dəniz Qüvvələrinin rəsmiləri bildiriblər ki, helikopterlərdə 10 nəfər olub - onların hamısı ölüb. Hadisə ilə bağlı araşdırma başlanılıb, qəzanın səbəbi hələlik açıqlanmayıb.

Vertolyotların aprelin 27-də Malayziya Hərbi Dəniz Qüvvələrinin 75-ci ildönümü şərəfinə keçiriləcək paraddan əvvəl məşq etdiyi bildirilir.




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər