Ru
17:16 / 06 May 2022

Maqsud Mahmudova hökm oxundu

17907
Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son söz deyib.


Maqsud Mahmudov son sözündə cinayət işi ilə bağlı zərərçəkmiş qismində tanınmış müğənnilər Vasif Məhərrəmli və Afət Fərmanqızına söyüş söyməsindən danışıb. Təqsirləndirilən şəxs hər iki müğənnini söydüyünü etiraf edərək dediklərindən peşman olmadığını deyib:
“Bəli, söymüşəm. Peşman da deyiləm”.


Maqsud Maqsudov lombard epizodu ilə bağlı ittihamları qəbul etmədiyini bildirib.

Daha sonra prosesdə hökm elan olunub. Hökmə əsasən, Maqsud Mahmudov verilmiş ittihamlarla təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 14 il azadlıqdan məhrum olunub.


Bundan başqa, hökmə əsasən, Maqsud Mahmudovun üzərinə həbs qoyulmuş, Yasamal rayonu ərazisində yerləşən fərdi yaşayış evi və Səbail rayonu Salyan şosesində yerləşən ümumilikdə 24 sot torpaq sahəsi dövlət nəfinə müsadirə olunmalıdır.


Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.


Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.


İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər