Ru
16:33 / 16 Sentyabr 2025

Maral hökumət binasına girməyə çalışdı - VİDEO

Maral hökumət binasına girməyə çalışdı - VİDEO
Eye

Moskva vilayətinin Krasnoqorsk şəhərində maral küçə ilə qaçaraq hökumət binasına daxil olmağa cəhd edib.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşan hadisə şahidləri məlumat veriblər.

Xəbərə görə, şəhərin küçələrində sərbəst dolaşan maralların sayı iki olub. Kadrların göstərdiyi kimi, onlardan biri hökumət binasına yaxınlaşıb və içəri girməyə çalışırmış kimi pəncərələrə baxıb. Daha sonra maral uzaqlaşıb.

Moskva vilayəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, avqustun sonundan oktyabra qədər maralların cütləşmə mövsümü davam edir. Bu dövrdə heyvanlar diqqətlərini itirə və gözlənilməz yerlərdə görünə bilərlər.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar