Ru
16:42 / 05 İyul 2025

Masallıda əzablı ölüm hadisəsi ilə bağlı həqiqət 78 İL SONRA ORTAYA ÇIXDI

Masallıda əzablı ölüm hadisəsi ilə bağlı həqiqət 78 İL SONRA ORTAYA ÇIXDI
Eye

Masallı rayonunda maraqlı hadisə baş verib.

Bakupost.az xəbər verir ki, Talış dağlarının ətəyində, Sığəçola adlı ərazidə yerləşən çay plantasiyalarının yaxınlıqda yerləşən naməlum bir məzarın kimə aid olması aydınlaşıb.

Belə ki, aparılan araşdırmalar nəticəsində məzarın Bağıroba kənd sakini, Əlişan Gülməmməd oğlu Babayeva aid olduğu məlum olub.

Məlumata görə, hazırda onun yaxın qohumları Almaniyada yaşayır. Onlar babalarının məzar yerindən xəbərsiz olublar. Bu hadisədən sonra məzar bərpa olunub, ətrafı abadlaşdırılıb və baş daşı qoyulub.

Qeyd edək ki, Əlişan Gülməmməd oğlu Babayev 1947-ci ildə, 46 yaşında aclıqdan dünyasını dəyişib, dağlıq ərazidə və çətin şəraitdə olduğu üçün orada dəfn olunub. Onun məzarı illərdir unudulmuş, ailəsi ilə əlaqə itmiş vəziyyətdə olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar