Ru
16:48 / 05 Avqust 2022

Maska biznesinin kralı müəmmalı şəkildə öldü - FOTO

Maska biznesinin kralı müəmmalı şəkildə öldü - FOTO
Eye

Pandemiya dövründə maska və müdafiə filterləri istehsalı və biznesi ilə gəlirini 100 qat artıran, britaniyalı milyonçu Din Kronsbeyn ölü tapılıb.

Bakupost.az xəbər verir ki, onun yaxtası Sardiniya sahillərində qəzaya uğrayıb.

61 yaşlı milyonçu ailəsi ilə yaxta gəzintisinə çıxıb, 2 gün açıq dənizdə qaldıqda sonra geri qayıtdarkən qəflətən qəza vəziyyəti yaranıb.
Onun qızı və arvadı da ağır travmalarla yaxtadan çıxarılıb.

Dəniz rifəri ilə toqquşma zamanı zərbə Dini kənara atıb.

Kronsbeynin cəsədi sulardan çıxarılıb.

Britaniyalı milyonçunun belə qəzada ölməsi təsadüfi hesab olunmur.

Hadisədən 30 dəqiqə əvvəl yaxtanın yanından "Şirin əjdaha" adlı yaxta paralel üzüb. Bu yaxta İtaliyanın eks naziri Silvio Berluskiniyə məxsusdur.

Şahidlərin dediyinə görə, milyonçunun yaxtasının kapitanı məhz bu yaxta ilə toqquşmamaq üçün yaxtanı kənara qaçırdıb.

Bu səbəbdən o riflə toqquşub.

Hələ ki, hər iki yaxtanın kapitanı polisə izahat verib.

Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar