Ru
21:00 / 10 Avqust 2022

Maskalanmış düşmənlər Azərbaycana problem yaratmaq istəyir - YAP-çı deputat

8106
Azərbaycanın bir sıra dövlət qurumları və banklara qarşı genişmiqyaslı kiberhücumlar olub. Bu hücumların artması Azərbaycanda dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbirlərinin genişləndirilməsini aktual edir.



Məsələ ilə bağlı Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Bakupost.az -a açıqlama verib.


E. Məmmədov qeyd edib ki, xüsusilə dövlət qurumlarında kiber təhlükəsizlik dayanıqlı olmalıdır:


“Vətən Müharibəsindən sonra Azərbaycan üçün informasiya təhlükəsizliyi çox ciddi məsələdir. Postmüharibə dövründə dövlət qurumlarına kiberhücumların olacağını təxmin etmək mümkün idi. Aidiyyatı qurumlar bu sahəyə diqqəti artırmalı, müdafiəni gücləndirmək məqsədilə ciddi islahatlar aparmalıdır”.


E.Məmmədov bildirib ki, dünyada kiberhücumların artması ilə bağlı həyəcan var:


“Dünyanın bir çox ölkələrində kiberhücum təhlükəsi mövcuddur. Xaricdə olan təxribatçı, terroçu qruplar istədikləri vaxt kiberhücumlar təşkil edirlər. Yaxın keçmişi nəzərdən keçirsək, Trampın prezidnet seçkiləri dövründə Rusiya dövlətini kiberhücumla seçki prosesinə müdaxilədə ittiham etdilər. Mühüm strateji məlumatları əldə etmək üçün dünyada kiberhücumlar artıb”.


Millət vəkilinin sözlərinə görə kiberhücumlar müəyyən mərkəzlərdən idarə olunur:

“Düşünürəm ki, son zamanlarda baş verən kiberhücumlar Azərbayacanın təhlükəsizliyinə xələl gətirmək məqsədi daşıyır. Dostlarımızın çox olmasına baxmayaraq, düşmənlərimiz də az deyil. Bu gün maskalanmış dövlətlər mövcuddur. Özünü dost kimi təqdim edən, həqiqətdə isə əl altından Azərbaycana qarşı çox ciddi problemlər yaratmağa çalışanlar var. Bir neçə gün öncə Londonda dini radikallar tərəfindən səfirliyimizə edilən hücum çox ciddi məsələ idi. Maraqlıdır ki, özünün çox güclü hüquq-mühafizə orqanları, dövlət təhlükəsizlik xidməti olan Böyük Britaniyanın guya bu məsələlərin baş verəcəyindən xəbəri yox idi? Bu kimi misalları çox saymaq olar. Ona görə də kiberhücumlar qarşısında səmərəli müdafiəni təmin etmək lazımdır. Bu istiqamətdə təhlükəsizlik çox yüksək səviyyədə qurulmalıdır”.

Qeyd edək ki, Azərbaycanın elektron informasiya ehtiyatlarına qarşı genişmiqyaslı kiberhücumların gözlənildiyi barədə ötən həftə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) xəbərdarlıq yaymışdı.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər