Ru
17:06 / 13 Dekabr 2024

Maykl Ceksonun yayınlanmamış səs yazıları tapıldı

Maykl Ceksonun yayınlanmamış səs yazıları tapıldı
3400


Amerikalı Qreq Masqrouv San-Fernandoda, əvvəllər musiqi prodüseri Brayan Lorena məxsus olan tərk edilmiş anbarda təsadüfən Maykl Ceksonun yayınlanmamış mahnı qeydlərini tapıb.

Bakupost.az xəbər verir ki, Hollywood Reporter nəşrinin yazdığına görə, kolleksiyada 12 trek var.

“Bunları dinləyirəm və tülərim biz-biz olur, çünki bunları heç kim eşitməyib,” – deyə Masqrouv bildirib.

Kasetlərdə həmçinin Cekson ilə Lorenin yaradıcı proseslə bağlı müzakirələri də qeydə alınıb.

Nəşrin qeyd etdiyinə görə, mahnılardan biri – Don’t Believe It ("İnanma") açıq şəkildə mediada Cekson haqqında dolaşan şayiələri əks etdirir. Mahnının əhval-ruhiyyəsi və üslubu o dövrdə müğənninin buraxdığı musiqilərlə uyğunluq təşkil edir. Digər bir kasetdəki Truth on Youth ("Gənclik haqqında həqiqət") mahnısı isə Ceksonun LL Cool J ilə birgə ifa etdiyi rep duetidir. 2023-cü ildə reper musiqi üzərində birlikdə işlədiklərini bildirmişdi, lakin indiyə qədər onun sözlərini təsdiqləyən heç bir sübut yox idi.

Masqrouv Hollywood Reporter-ə açıqlamasında tapılmış kasetləri pop ulduzunun varislərinə satmağa cəhd etdiyini, lakin onların almaqdan imtina etdiyini deyib. İndi amerikalı yaxın gələcəkdə onları dörd böyük hərrac evində satışa çıxarmağı planlaşdırır. Tapıntının dəqiq dəyəri məlum olmasa da, Masqrouvun fikrincə, bu yeddi rəqəmli məbləğdir.

Lalə Novruz, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar