Ru
15:19 / 30 Mart 2026

Mədəniyyət naziri Rasim Balayevin vida mərasiminə niyə qatılmadı?

Mədəniyyət naziri Rasim Balayevin vida mərasiminə niyə qatılmadı?
Eye

Azərbaycan kinosunun korifeyi, Xalq artisti Rasim Balayevlə vida mərasimi başa çatsa da, mərasimlə bağlı diqqət çəkən bir detal müzakirə mövzusuna çevrilib.

Bakupost.az xəbər verir ki, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində hökumət rəsmiləri, deputatlar, mədəniyyət xadimləri və mərhumun yaxınları iştirak etsə də, Mədəniyyət naziri Adil Kərimli tədbirdə görünməyib.

Nazirlik isə tədbirdə təmsil olunub. Belə ki, Mədəniyyət Nazirliyi adından çıxışı nazir müavini Səadət Yusifova edib və korifey sənətkar son mənzilə yola salınıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri  Aynur Kərimova Bakupost.az-a bildirib ki, nazirin vida mərasiminə qatılmaması onun səfərdə, ezamiyyətdə olması ilə bağlıdır.

Qeyd edək ki, Rasim Balayevlə vida mərasimində Baş nazir Əli Əsədov, dövlət rəsmiləri, tanınmış sənət adamları və ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimin ardından Xalq artistinin nəşi Birinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.

Elnur
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar