“Hörmüz boğazında baş verən hər hansı bir təxribat regiondakı vəziyyəti daha da pisləşdirə bilər”.
Bakupost.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı deyib.
Əraqçi əlavə edib ki, Hörmüz boğazı İrana qarşı hərbi təcavüzdə iştirak edən tərəflərin gəmiləri üçün bağlıdır:
“Təcavüzkarların və onların tərəfdarlarının, o cümlədən BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazındakı vəziyyətlə bağlı hər hansı təxribatçı hərəkətləri vəziyyəti daha da çətinləşdirəcək”.
Agentliyin məlumatına görə, Fransa xarici işlər naziri də öz növbəsində Parisin mövqeyini təkrarlayaraq İrana qarşı tətbiq edilən müharibəyə və mülki hədəflərə hücumlara qarşı çıxıb.