Dünya enerji bazarı yenidən sarsılır. Bu dəfə gündəmdə benzinin bahalaşması riski və mümkün yanacaq qıtlığı təhlükəsi dayanır.
İranla ABŞ-İsrail birliyi arasında siyasi və hərbi qarşıdurmaların Hörmüz boğazı üzərindən neft və neft məhsullarının daşınmasında yaratdığı çətinliklər benzin qiymətlərində artıma səbəb olmaqla yanaşı, yanacaq qıtlığı riskini də ortaya çıxarır. Hazırkı vəziyyət göstərir ki, enerji marşrutlarında yaranan istənilən problem qlobal bazarda zəncirvari təsirlərə səbəb olur və xüsusilə enerji idxalından asılı olan ölkələr bundan daha çox təsirlənir.
Bu vəziyyət sadəcə qiymət artımı ilə yekunlaşacaq, yoxsa dünyanı daha ciddi problem – yanacaq qıtlığı gözləyir?
Benzin qiymətlərində artım qlobal enerji bazarında nə kimi risklərə səbəb ola bilər və xüsusilə enerji idxalından aslı olan ölkələrə necə təsir edəcək?
Bu proseslər Azərbaycana necə təsir edə bilər? Bakupost TV-nin suallarını iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb: