Ru
08:57 / 25 Yanvar 2023

Mədəsində problem olanlara bu 4 içki qadağandır

1880
Endokrinoloq Aleksey Jito həssas, zəif, yarası olan və ağrılı mədə sahiblərinə bəzi içkilərdən uzaq durmağı tövsiyə edib.

Bakupost.az xəbər verir ki, problemli mədəyə ən birinci zərərli içki alkoqol, spirtli içkidir.


“Eləcə də həssas mədə təzə sıxılmış meyvə şirəsi, qaynar içkilərdən sonra ağrıya bilər.

Bir çox insanlarda anadangəlmə və genetik olaraq mədə çox həssas olur, onlarda istənilən alkoqollu içki ciddi əks təsir verib, qida borusu və mədənin epitelini zədələyir, eroziya və qastritə səbəb olur.

Çox gənclər elə içkiyə başlayan kimi bu hallarla qarşılaşır, onlar elə bilirlər ki, içki zəif idi, brendi yaxşı deyil. Bəs niyə başqası içir, ona heç nə olmur?

Alkoqol ümumiyyətlə mədə-bağırsaq, qaraciyər, mədəaltı vəz xəstəliyi olan hər kəsə zərərlidir.

Qazlı soyuq içkilər, çox qaynar çay, qəhvə, təzə çəkilmiş meyvə şirələri də həzm orqanları xəstə olanlara əks göstərişdir.

Soyuq içkilərdən spazm olur, qaynar içki selikli qişada hüceyrədaxili zədələnmə və xərçəngə kimi səbəb ola bilər.
Meyvə şirələri isə reflüksü artırır, eləcə də mövcud eroziyanı daha da aşılayır.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər