Son 2 ildə şagirdlər və bağça uşaqları arasında bit yayılması halları çoxalıb. Bununla bağlı çoxsaylı valideyn şikayətləri də var. Hətta bəzi məktəblərdə müəllimlər belə bu problemdən əziyyət çəkirlər.
Bəzi valideynlərin bu barədə məlumatı azdır. Məhz bu səbəbdən də ölkəmizdə ölüm hallarına belə rast gəlirik.
Bu il Göygöl rayonunda 2014–cü il təvəllüdlü uşağın başından biti təmizləmək üçün “Niastol” dərmanından istifadə etmişdilər. Bu dərman isə mal-qara üçün nəzərdə tutulub. Nəticədə azyaşlı vəfat etmişdi.