Ru
10:25 / 05 Sentyabr 2024

Məktəblərdə ilk dərs bu mövzuda olacaq - Nazir əmr imzaladı

Məktəblərdə ilk dərs bu mövzuda olacaq - Nazir əmr imzaladı
Eye

Bu tədris ilinin ilk dərsi "Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

Bakupost.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd olunur ki, ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmrə əsasən, məktəblərin II-XI siniflərində ilk dərs "Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar