Ru
14:22 / 20 May 2022

Məsut Özil "Fənərbağça"dan gedir - Gözləntiləri doğrultmadı

Məsut Özil "Fənərbağça"dan gedir - Gözləntiləri doğrultmadı
Eye

"Fənərbağça"nın prezidenti Ali Koç ulduz futbolçu Məsut Özillə yollarını ayırmaq qərarına gəlib.


Bakupost.az xəbər verir ki, müqaviləsinin hələ davam etdiyinə görə rəhbərlik çətin vəziyyətə düşüb.

Məlumata görə, kluba böyük ümidlərlə transfer olan Özil gözləntiləri doğrultmayıb, rəhbərliyi və azarkeşləri məyus edib.


Futbolçunun meneceri Erkut Sögüt isə yayılan xəbərlərə belə açıqlama verib:

"M. Özil 2 il daha “Fənərbağça”da oynayacaq", - deyərək son nöqtəni qoyub.


Özil bu mövsüm “Fənərbağça” da 26 oyunda 9 qol və 2 məhsuldar ötürmə ilə, ümumilikdə 11 qolla kluba fayda verib.

Futbolçunun "Fənərbağça"dakı gələcəyi yaxın günlərdə bəlli olacaq.


Fərid

Baku Post



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar