Ru
11:18 / 01 May 2025

Parlament Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi

Parlament Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi
Eye

Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib.

Bakupost.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib.

Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub.

Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar