İran Milli Bankının Bakı filialı (“Bank Melli İran-Baku”) fəaliyyətini tam bərpa edib.
Bakupost.az xəbər verir ki, bu barədə APA-ya filialdan məlumat verilib.
Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.
“Mehr” agentliyinin məlumatına görə, İran Milli Bankının Bakı filialının fəaliyyətə başlaması, eyni zamanda İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfərinin iqtisadi nəticələrindən biri kimi diqqət çəkir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında “Bank Melli İran”ın Bakı filialında yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı.