Ru
22:15 / 26 İyun 2025

Katzdan etiraf: Xameneini öldürmək istədik, amma...

Katzdan etiraf: Xameneini öldürmək istədik, amma...
Eye

İsrail 12 günlük müharibə zamanı İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz “Kanal13”ə müsahibəsində deyib.

“Biz Xameneini öldürmək istəyirdik, amma bunun üçün heç bir əməliyyat imkanı olmadı. Lakin Xamenei bunu başa düşdü və yerin altına, çox dərinliklərə çəkildi və məhv edilən komandirləri əvəz edən komandirlərlə əlaqəni kəsdi, nəticə etibarilə bu real deyildi”, - Katz bildirib.

Katz ABŞ-ın buna icazə verib-verməməsi ilə bağlı suala cavabında isə belə qeyd edib: “Bizim belə şeylər üçün icazəyə ehtiyacımız yoxdur”.

Qeyd edək ki, müdafiə naziri müharibə vaxtı Xameninin öldürülməsinin hərbi əməliyyatların əsas hədəflərindən biri olduğunu açıqlamışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar