Ru
20:30 / 26 İyun 2025

Kamran Əsədovdan ŞOK ittiham: İmtahanda saxtakarlıq – müəllimlərə cavab ötürülür...

Kamran Əsədovdan ŞOK ittiham: İmtahanda saxtakarlıq – müəllimlərə cavab ötürülür...
Eye

2025-ci il müəllimlərin sertifikasiya imtahanında baş verənlər açıq şəkildə göstərdi ki, bu prosesi təşkil edənlər saxtakarlığın birbaşa iştirakçısıdır.

Bakupost.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.

O bildirib ki, nəzarətçilər imtahan zamanı telefonla test suallarının şəklini çəkib kənara göndərir, əvvəlcədən razılaşdırılmış müəllimlərə cavab ötürülür:

"Bu cinayətə şərait yaradanlar məhz imtahanı təşkil edən qurumun daxilində oturub – onların səssizliyi, laqeydliyi və ya birbaşa iştirakı olmasa, bu cür sistemli pozuntu mümkün olmazdı. İmtahanın obyektivliyi yox edilib, nəticələr etibarsızdır.

Test tapşırıqlarının məzmunu ilə bağlı yalnız bilik nümayiş etdirilsə də, yalnız biliyi nümayiş etdirənlər müfaiq balı toplasa da, rəsmi şəxslər öz maraqlarına görə bu prosesə çirkab bulayıblar.

Bu qurumun məqsədi bilikli müəllimi seçmək yox, “öz adamlarını” sistemə soxmaq olub. Əgər bu qədər rahat şəkildə telefonla cavab ötürülürsə, bu artıq təhsil yox, bazardır. Savadlı müəllim kənarda qalır, saxtakarlar sistemə daxil olur. Bu isə Azərbaycanın təhsilinə, gələcəyinə qarşı qəsddir. İmtahanı təşkil edən məsul şəxslər açıq şəkildə bu saxtakarlığın içindədir və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu prosesi susaraq izləyən hər kəs bu çürümüş sistemin şərikidir", - ekspert qeyd edib.

Aygün,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar