Ru
00:46 / 27 İyun 2025

Bakıda böyük partlayış: Eldar Əzizov hadisə yerinə gəldi - YENİLƏNDİ/VİDEO

Bakıda böyük partlayış: Eldar Əzizov hadisə yerinə gəldi -  YENİLƏNDİ/VİDEO
Eye

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Yasamal rayonunda "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş verən partlayışla bağlı hadisə yerinə gəlib.

Bakupost.az xəbər verir ki, icra başçısı ərazidə görülən tədbirlərlə yerində tanış olub.

***
00:11

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.
***

23:55

Bakupost.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının qarşısını almaq çətinləşib.

Hadisə park ərazisində baş verdiyi üçün FHN-nin yanğınsöndürən maşınlarının yanğına müdaxilə etməsi çətinləşib.

***
23:49

Bakıda 20 Yanvar metrosu yaxınlığında baş verən partlayışın Meşə parkı ərazisində yerləşən transformatorun partlamasından qaynaqlandığı ehtimal olunur.

***
23:46

Müdafiə Sənayesi Nazirliyi "Alov" Zavodunda partayışın baş verməsinə dair yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, "Alov" Zavodunda hər hansı partlayış, yanğın baş verməyib.

***
23:21

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib.

Bakupost.az xəbər verir ki, partlayış Bakıdakı Kinostudiyanın köhnə pirotexnika sahəsində yerləşən "Alov" zavodunda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti xidmətləri cəlb olunub.

Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür.

Əlavə məlumat veriləcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar