Ru
22:53 / 16 Avqust 2025

Rusiyada azərbaycanlı iş adamı yenidən saxlanıldı

Rusiyada azərbaycanlı iş adamı yenidən saxlanıldı
Eye

Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilov yenidən saxlanılıb.

Bakupost.az bu barədə Rusiyanın teleqram kanallarına istinadən xəbər verir.

Məlumata görə, iş adamı rüşvət verməkdə şübhəli bilinir.

Y.Xəlilov ilk dəfə iyulun 1-də saxlanılıb, daha sonra əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb.

Həbs-qətimkan tədbirinin müəyyən edilməsi ilə bağlı məhkəmə iclası avqustun 17-nə təyin olunub.

Qeyd edək ki, o, Voronejdə yerləşən Alekseevski bazarının ortaq sahibidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar