Ru
20:47 / 16 Avqust 2025

Putin Trampdan Donetski istəyib

Putin Trampdan Donetski istəyib
Eye

Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin bütün ərazisini tərk etməsi şərti ilə Zaporojya və Xerson vilayətlərində cəbhə xəttinin dondurulmasını təklif edib.

Bakupost.az xəbər verir ki, bu barədə BBC "Financial Times"a istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu, yeganə şərt deyil: Putinin münaqişənin əsas səbəbləri adlandırılan amillərin aradan qaldırılması ilə bağlı digər əsas tələbləri də yerinə yetirilməlidir.

Kreml əsas səbəb kimi Ukraynada 2014-cü ildən formalaşmış siyasi sistemi, onun Avropa İttifaqı və NATO-ya inteqrasiya istəyini və Ukrayna Silahlı Qüvvələrinin güclənməsini adlandırır.

Tram Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə telefon danışıqlarında bu təklifi çatdırıb.

Rusiya Donetsk vilayətinin təxminən 70%-ni tutur, qalan hissədə möhkəmləndiyi ərazilər və logistika habları var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar