Aparıcı Afət Rahilqızına “Elgizlə İzlə” verilişinin efirində evlilik təklifi olunub.
Bakupost.az xəbər verir ki, verilişin Fərhad adlı iştirakçısı proqramın sonunda aparıcıya hisslərini etiraf edib:
“Mən bura gələndən içimdə gizlədirdim. Afət xanımdan xoşum gəlirdi”, -deyə o bildirib.
Afət Rahilqızı isə Fərhadın bu addımına müsbət reaksiya verərək ona şans verəcəyini söyləyib:
“Hörmətinə və sevginə görə təşəkkür edirəm. Bilənlər bilir, 4 aydır Fərhad öz sevgisini göstərir. Xırdalıqlar var. Mən ona şans verəcəm. Bəzi sınaqlardan keçəcək. Burda dayanmaq üçün 4 ay mənəvi əzablar çəkib. Amma mənim yanımda dayanmaq üçün ikinci imtahandan keçməlidir” - deyə A.Rahilqızı bildirib.
Qeyd edək ki, aparıcı ilə iştirakçı arasındakı yaş fərqi bəzi sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub.
Lalə,
BakuPost