Ru
12:53 / 19 İyul 2025

Prezidentdən cərimələrlə bağlı vacib FƏRMAN

Prezidentdən cərimələrlə bağlı vacib FƏRMAN
Eye

Bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.

Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Cərimələrin vaxtında ödənilməsini təşviq etmək, gecikmələrin qarşısını almaq məqsədilə Məcəlləyə əlavə edilən 150.1-1-ci maddəyə əsasən, bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.

Şərhlər
  • Nəbiyev cavidan

    Bele getse maşını satcam her şey od bahasinadi isdedyvin dəyəri yox markete girişen qiymet od puskrur

  • Vasif Əsədullayev

    Hər kəsə şamil olunsun

  • Məmməd Həsənov

    Millətə nə verirlər ki cərimədə edirlər Cammat çörək tapmır yeməyə bunlar Hərəkətdə olan nə varsa hamını cərimə edirlər

  • Anar Qasımov

    hara baxirsan kameradı belə şey olar? kamera insandan coxdu ancaq cerime yazmaqdı aynayla qayılar haqsız yere 252 azn odedim masini surmediyim halda hara şikayet eledimse baxmadılar ölkədə qanun işləmir ancaq cərimə gedecem bu ölkədən

  • Roma xəlil

    Allahdan qorxun millətə zülm etməyin bir gün Allaha cavab verəcəksiniz o gün çox ağır gün olacaq

  • Hesen abbasov

    Onsuzda eleydi de 10 gun tez odesen 10 faiz asagi olurdu yoxda hele indi bilifler bele oldugunu

  • TalibovFirdovsi

    Men raziyam ballar nece olacaq silinecek

  • Həsənzadə Tofiq

    Cərimələr Amerikadakı kimidir,elə olmalı deyil insanlar dolana bilmirlər nəzərə alın

  • Quliyev Pirqulu

    Cerimelerde qiymetler fantastikdir. Xalqin gelirlerin nezere alib qiymetleri munasib etmek lazimdi. Bazar kimi bir yerde birinci cergede yer yoxdusa ikinci cergede ve enli yolda saxliyib dusub 5-10 deqiqeye nese alib gelirsen 80 manat 2 bal cerime gelir. Ele bilki uzaq olsun nese bir boyuk cinayet elemisen. Bele seyler nezere alinmalidir

  • Fərid Abbasov

    Mən Raziyam

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar