Ru
22:22 / 16 Avqust 2025

Ərdoğan Alyaska görüşü barədə: "Türkiyə buna hazırdır..."

Ərdoğan Alyaska görüşü barədə: "Türkiyə buna hazırdır..."
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Ev rəhbəri Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında avqustun 16-da Alyaskada baş tutan görüşü müsbət qiymətləndirib.

Bakupost.az xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"ABŞ Prezidenti Tramp və Rusiya Prezidenti Putin arasında Alyaskada keçirilən danışıqlar Rusiya-Ukrayna müharibəsinə son qoymaq axtarışlarına yeni təkan verib. Biz Alyaska Sammitini alqışlayır və ümid edirik ki, Ukrayna Prezidenti Zelenskinin iştirakı ilə bu yeni proses davamlı sülhün əsasını qoyacaq. Türkiyə sülhün bərqərar olması üçün hər cür töhfə verməyə hazırdır", - Ərdoğan vurğulayıb.

Xatırladaq ki, Alyaskada keçirilən görüşdə Tramp ABŞ-Rusiya və Ukrayna arasında üçtərəfli sammitin keçirilməsinin mümkünlüyünü bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar