Ru
09:39 / 29 Oktyabr 2026

Bakının bu rayonlarında qaz olmayacaq

Bakının bu rayonlarında qaz olmayacaq
Eye

Oktyabrın 29-da təmir-quraşdırma işləri ilə əlaqədar Bakının Sabunçu və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Bakupost" xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Ramana qəsəbəsinin bəzi ərazilərində və Ümid qəsəbəsində, həmçinin Nəsimi rayonunun N. Yusifbəyli, Novruzov qardaşları, A. Səhhət, Mərdanov qardaşları və M. Sənani küçələrində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar