Ru
21:12 / 26 İyun 2025

Trampdan jurnalistə: Yoldaşına salam deyərsən...- Video

Trampdan jurnalistə: Yoldaşına salam deyərsən...- Video
Eye

Xəbər verdiyimiz kimi, dünən Haaqada NATO sammiti çərçivəsində ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski arasında görüş keçirilib. Danışıqlardan sonra ABŞ lideri mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Bakupost.az xəbər verir ki, mətbuat konfransı zamanı Trampla “BBC”nin Ukrayna xidmətinin jurnalisti Miroslava Petsa arasında maraqlı dialoq qeydə alınıb.

Belə ki, M.Petsa Ukraynadan olduğunu bildirib və Trampa “ABŞ Ukraynaya “Patriot” zenit-raket sistemləri satmağa hazırdır? Bilirik ki, Rusiya hazırda Ukraynaya çox güclü zərbə endirir” sualını ünvanlayıb.

ABŞ prezidenti isə suala cavab verməzdən əvvəl jurnalistin hazırda Ukraynada yaşayıb-yaşamadığını soruşub. Petsa isə özünün hazırda övladları ilə Avropada yaşadığını, lakin yoldaşının Ukraynada hərbçi olduğunu qeyd edib.

Tramp jurnalistlə söhbətinə davam edərək bir qədər ironiya ilə yenidən onun hazırda harada yaşadığını və nə işlə məşğul olduğunu soruşub və bundan sonra həmin suala belə cavab verib:

“Onlar həqiqətən də “Patriot” adlandırdıqları raket əleyhinə sistemlərə sahib olmaq istəyirlər. Nə isə edə bilib-bilməyəcəyimizə baxacağıq. Bilirsiniz, onları əldə etmək çoxçətindir. Onlar bizə də lazımdır. İsrailə də onlardan göndərmişdik. Bu sistemlər çox effektivdir. Yəqin siz də bildiyiniz kimi, onlar bu sistemləri digərlərindən daha çox istəyirlər. Bu, çox yaxşı sualdır. Sizə uğur arzu edirəm. Görürəm ki, bu sizi çox məyus edir. Yoldaşınıza da salam deyərsiniz”.

Trampın ukraynalı jurnalistin sualına sözügedən cavabı sosial şəbəkələrdə maraqla qarşılanıb.

Həmin dialoqu təqdim edirik:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar