Ru
19:59 / 26 İyun 2025

Min cavana dəyən yaşlı müəllimlər...

Min cavana dəyən yaşlı müəllimlər...
Eye

Lerik rayonunun kənd məktəblərində fəaliyyət göstərən iki müəllim sertifikasiya imtahanında uğurla iştirak edərək yüksək nəticələr göstəriblər.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, rayonun Əhəd Rzayev adına Orand kənd tam orta məktəbinin 67 yaşlı Fizika müəllimi Müqabil Rəhimov sertifikasiya imtahanında yüksək nəticə ilə 51 bal toplayıb.

Həmçinin, rayonun Elxan Qurbanov adına Lərmərud kənd tam orta məktəbinin 68 yaşlı Riyaziyyat müəllimi Əfrəddin Abdullayevin imtahanda mümkün 60 baldan 56 bal topladığını da xəbər vermişdik.

Qeyd edək ki, təhsilverənlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 19 müxtəlif şəhərində yerləşən 39 imtahan mərkəzində təşkil olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar