Ru
23:18 / 30 May 2025

Millimizin rəqibi bəlli oldu: Finalda bu komanda ilə qarşılaşacaq

Millimizin rəqibi bəlli oldu: Finalda bu komanda ilə qarşılaşacaq
Eye

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında növbəti finalçı müəyyənləşib.

Bakupost.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın ikinci yarımfinal qarşılaşmasında Macarıstan və Serbiya seçmələri üz-üzə gəliblər.

Matçın əsas vaxtında hesab açılmayıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) Macarıstan kollektivi həlledici mərhələdə Azərbaycanla qarşılaşmaq hüququ qazanıb.

Yarımfinalda yığmamıza məğlub olan Monteneqro isə üçüncü yer uğrunda görüşdə Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Mükafatlar uğrunda oyunlar iyunun 1-də baş tutacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar