Ru
09:44 / 06 Avqust 2022

Minaya düşərək şəhid olan hərbçimiz nişanlı imiş - VİDEO

8868
Avqustun 5-i Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu Naxçıvan Muxtar Respublikasının (MR) sakini olub.


Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, leytenant Babək Əliyev 1997-ci ildə Naxçıvan MR-in Ləkətağ kəndində anadan olub.


B.Əliyev hərbi liseyi bitirdikdən sonra 2020-ci ildən bölük komandiri kimi xidmətini davam etdirib. O, üç bacının bir qardaşıdır.


B.Əliyev nişanlı olub.


Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.




Şərhlər
  • Rəhimov

    Can Nur Üzlü Komandirim Şahadətə Ucaldın Məkanın Cənnətdi ALLAH RƏHMƏT ELƏSİN. ????????

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər