Ru
10:41 / 23 Sentyabr 2022

"Nazir Anar Kərimov icazə verib, mən də bildiyimi edirəm" - Teatrda araşdırma başladı

7248

Mədəniyyət Nazirliyinin Daxili Audit Şöbəsi Mingəçevir Teatrında araşdırmalara başlayıb.


Bakupost.az -ın məlumatına görə, araşdırmalara Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyevin teatrın direktoru Anar Quliyevin vəzifəsindən sui-istifadə edərək, teatrı şəxsi biznesi kimi idarə etməsi ilə bağlı şikayəti səbəb olub.


Qeyd edək ki, ötən gün Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev tanınmış jurnalist İntiqam Valehoğluna verdiyi açıqlamada teatrda10-12 nəfər “ölü can”ın olduğunu bildirib. İddiaya görə, adı ştat cədvəlində olan bu şəxslər işə çıxmır, onlara yazılan maaş isə rəhbərlik tərəfindən mənimsənilir.


Rejissorun teatrın canlanması üçün ştatda olub fəaliyyəti olmayan şəxsləri çıxarıb yerinə yeni aktyorlar dəvət etmək təklifinə Anar Quliyevin “Mədəniyyət Nazirliyi, konkret olaraq Anar Kərimov icazə verib, mən də bildiyimi edirəm” deyə cavab verdiyi bildirilir.



Fotoda: Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Quliyev




Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev


Günel
BakuPost

Şərhlər
  • t.ədalət

    Anar Kərimov da Sahil Babayev kimi "anam mənə kor deyib,hər çatana vur deyib"-prinsipi ilə işləyir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər