Ru
16:00 / 13 May 2024

Mirzoyan keçmiş həmkarlarını fərari adlandırdı

1004
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tanınmış diplomatların, o cümlədən bu ölkənin keçmiş rəhbərlərinin Alma-Ata bəyannaməsinin Azərbaycanla sərhədin delimitasiyası üçün əsas ola bilməyəcəyi, sadəcə, keçmiş sovet respublikalarının biri-birinə qarşı ərazi iddialarının olmadığını təsdiqləyə biləcəyi haqda fikirlərini şərh edib.

Bakupost.az -ın "Ermənistan xəbərləri"nə istinadən məlumatına görə, mayın 13-də İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri ilə birgə mətbuat konfransı zamanı bu barədə sualı cavablandıran nazir sözünə ölkələr və təşkilatlardan delimitasiya ilə bağlı gələn müsbət rəyləri qeyd etməklə başlayıb.

Birbaşa məsələnin mahiyyətinə keçən Mirzoyan bildirib ki, o, daxili siyasi proseslərə, mübahisələrə qarışmaq üçün deyil, siyasi komandanın üzvü kimi korrekt davranış sərhədlərini keçməməyə çalışır.

“İki məsələyə toxunmaya bilmirəm. Qeyd etdiyiniz təcrübəli diplomatlar Ermənistan Respublikasının suveren ərazisində hərbi təcavüz baş verən günlərdə öz postlarını, səngərlərini tərk etmiş fərarilərdir. Bu məsələyə görə həmin şəxslərə, onların mövqelərinə münasibətdə zərrə qədər ciddi ola bilmərəm. Bu, ən yumşaq qiymətləndirmədir. Amma reallıq bundan da pisdir. Bu insanlar Almatı bəyannaməsini və ona əsaslanan sülh prosesini hədəfə almaqla, - qəsdən olub-olmadığını deyə bilmərəm, - Ermənistan Respublikasının suverenliyini, dövlətçiliyini və ərazi bütövlüyünü hədəfə alırlar. Ən yaxşı halda, istəmədən, ən pis halda başqa ölkənin diktəsi ilə”, - deyə Mirzoyan iradlarını yekunlaşdırıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər