Moskvanın hava limanlarında, həmçinin Rusiyanın Yekaterinburq, Nijni Novqorod, Kalininqrad və digər şəhərlərində uçuşlar ləğv olunur və ya gecikir.
Bakupost.az xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, təkcə Moskva və Sankt-Peterburqda 100-ə yaxın reys təxirə salınıb, bir neçə yüz uçuşun vaxtı dəyişdirilib. Bir çox sərnişin hava limanlarında 9 saatdan çox vaxt keçirib.
Məlumata görə, ən çətin vəziyyət Şeremetyevo hava limanında müşahidə olunur, burada 170-dən çox reys gecikir, 50-yə yaxın reys təxirə salınıb. "İndi orada izdiham var: gələn sərnişinlər hələ hava limanını tərk etməyənlərə qarışıb. Hətta kafe və biznes salonlarında belə boş yerlər qalmayıb", - paylaşımda qeyd olunur.
Bildirilir ki, Pulkovoda 30-dan çox reys təxirə salınıb. Cəmi bir neçə dəqiqə əvvəl hava limanı daha bir dron hücumu təhlükəsi ilə əlaqədar fəaliyyəti dayandırıldıqdan sonra açılıb. Bu səbəbdən hələ də Şeremetyevodan Pulkovoya uça bilən təyyarələrdən biri yenidən Moskvaya qayıdır.
Məlumata görə, Moskvanın digər hava limanlarında, eləcə də Yekaterinburq, Nijni Novqorod, Kalininqrad və digər şəhərlərdə də gecikmələr var, bəzi reyslər isə ləğv olunub.
Nağıl və qanlı tarixi, xüsusilə dərin-geniş yozma-uydurma münaqişə-savaş hekayətlərində quşlar, itlər Sülh-barışıq, göyərçinlər əsasən məhəbbət məktubları daşıyıblar!? Hazırki Dron, PUAlar uzaqdan idarə imkanı ilə tətbiqçiyə demək olar ki, heç bir əks zərbəsi mümkün görünməyən hədsiz hər an gözlənilməz dağıdıcı zərbə endirəcək-mükəmməl idarə edilən Süni intellekt-cansız silahdaşıyıcıdır!? Onun imtinası: Lütfən, Bütün hərbi münaqişə və silahlanmaları birdəfəlik Hirosimo, Naqasakı bomba faciələri günlərindən dayandırın.