Ru
21:59 / 03 İyul 2025

Moskvada 2 azərbaycanlı "qanuni oğru" saxlanıldı - VİDEO/YENİLƏNDİ

Moskvada 2 azərbaycanlı "qanuni oğru" saxlanıldı - VİDEO/YENİLƏNDİ
Eye

21:18

Moskvada ən nüfuzlu “qanuni oğrulardan” biri hesab olunan azərbaycanlı Vaqif Süleymanov saxlanılıb.


Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya mənbələri yayıb.

İddialara görə, Vaqif Süleymanov uzun illərdir kriminal aləmdə tanınır və postsovet məkanında geniş əlaqələrə sahibdir. Onun Moskvada xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilir.

Vaqifdən başqa, Azərbaycandan olan digər kriminal avtoritet - Zaur da saxlanılıb. O, Orenburqda tutulub. Zaur cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda ittiham olunur.

Rəsmi qurumlardan hələlik məsələ ilə bağlı açıqlama verilməyib. Hadisənin detalları və saxlanmanın səbəbi araşdırılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar