Moskva vilayətinin Ramenskoye şəhərində, Vısokovoltnaya küçəsində PUA-nın düşməsi ilə əlaqədar daha beş evin sakinləri təxliyə edilib.
Bakupost.az "MK"-ya istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Aleksandr Vorobyov bildirib.
Onun sözlərinə görə, zərbə hündürmərtəbəli binalardan birinin beş balkonunu əhatə edib. Onlar od tutsa da, alov mənzillərin özünə keçməyib.
"Yerdə pilotsuz təyyarənin qalıqları var, ona görə də təhlükəsizlik üçün beş evin sakinlərini təxliyə etmək qərarına gəldik", - deyə qubernator Telegram kanalında bildirib.
“Sportivnıy proyezd”dəki binaya da ziyan dəyib, birinci girişdəki 102 mənzildən 54-ü zədələnib.
Vorobyov bildirib ki, Fövqəladə Hallar Nazirliyi axşam saat səkkiz radələrində sakinlərin nə vaxt evlərinə qayıda biləcəyi barədə məlumat verəcək.
Qubernator əlavə edib ki, hakimiyyət orqanları təmir işləri aparacaq və zədələnmiş əmlaka görə kompensasiya ödəyəcək.
Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Ukraynanın 144 pilotsuz təyyarəsini vurub. Hücumlar zamanı 46 yaşlı qadın həak olub.
Zaur
BakuPost