Ru
18:15 / 23 May 2025

Moskvaya uçan təyyarədən təhlükə siqanalı - Yenə Xəzər dənizi üzərindən...

Moskvaya uçan təyyarədən təhlükə siqanalı -  Yenə Xəzər dənizi üzərindən...
Eye

Bu gün Rusiyaya məxsus RusJet aviaşirkətinin sərnişin təyyarəsi Gürcüstan üzərində uçuş zamanı təhlükə siqnalı göndərib.

Bakupost.az xəbər verir ki, hadisə barədə ilk məlumatı "SHOT" teleqram kanalı yayıb.

Məlumata görə, təyyarə bu səhər Moskvadan Türkiyənin Dalaman şəhərinə uçub və geri, yəni Moskvaya qayıdarkən həyəcan siqnalı verib.

Təxminən saat 16:09-da təyyarə Xəzər dənizi üzərində olub.

Bu, son aylar ərzində qeydə alınan ilk belə hadisə deyil. Mart ayında da Türk Hava Yollarına məxsus təyyarə İstanbuldan Moskvaya uçarkən təhlükə siqnalı göndərmiş və Belarus-Litva sərhədinə doğru istiqamət dəyişdirmişdi.

Eyni zamanda bu ay ərzində Abu-Dabidən Moskvaya uçan başqa bir təyyarə texniki nasazlıq səbəbilə Şeremetyevo hava limanına məcburi eniş edib.

RusJet təyyarəsinin niyə təhlükə siqnalı göndərdiyi ilə bağlı rəsmi açıqlama verilməyib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar