Ru
17:31 / 06 İyul 2024

MSK bu partiyaların nümayəndələrinə “hə” dedi

MSK bu partiyaların nümayəndələrinə “hə” dedi
2123

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının, Klassik Xalq Cəbhəsi Partiyasının və Müsavat Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Bakupost.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Daha əvvəl Yeni Azərbayan partiyasının, Respublikaçı Alternativ Partiyasının (REAL), Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının da növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.

Beləliklə, səlahiyyətli nümayəndələri qeydə alınan partiyalaın sayı 10-a çatıb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar