Ru
23:15 / 30 Sentyabr 2026

Bakıda QƏZA: Yük avtomobili aşdı, hərəkətə məhdudiyyət qoyuldu

Bakıda QƏZA: Yük avtomobili aşdı, hərəkətə məhdudiyyət qoyuldu
Eye

Paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.


“Bakupost” xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilir ki, qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar