Ru
22:45 / 17 Sentyabr 2022

Müdafiə Nazirliyi şəhid Yusif Qurbanovla bağlı məlumat yaydı

Müdafiə Nazirliyi şəhid Yusif Qurbanovla bağlı məlumat yaydı
Eye

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.



Bu barədə Bakupost.az -a Müdafiə Nazirliyindən bildirilib.



Qeyd edək ki, həkimlərimizin səyinə baxmayaraq, Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.



Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.



Allah şəhidlərimizə rəhmət eləsin.

Müdafiə Nazirliyi şəhid Yusif Qurbanovla bağlı məlumat yaydı
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar