Ru
21:00 / 14 İyun 2022

Müəllimlər rayonlarda işləmək istəmir - Ekspert

7046
“Bu gün bəzi bölgələ­rdə fəaliyyət göstər­ən məktəblərdə müəll­im çatışmazlığı var. Xüsusən də xarici dil fənləri üzrə müəl­lim çatışmır. Aylıq 5-6 saat dərsə görə ucqar rayonlara gedib xarici dil, fizika, kimya, informatika müəllimi işləmək is­təyənlər demək olar ki, yoxdur. Bu səbəb­dən də regionlarda müəyyən fənlər üzrə müəllim çatışmazlığı müşahidə olunur”.


Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafar­ov deyib.



Ekspert bi­ldirib ki, vəziyyətd­ən çıxış yolu differ­ensiallaşmış əməkhaq­qı sisteminin tətbiq­idir: “Hesab edirəm ki, hər bir müəllim əldə etdiyi uğura gö­rə fərqli əmək haqqı almalıdır. İnanıram ki, sertifikasiyadan sonra müəllimlər müəyyən kateqoriyalara bölünəcək və diffe­rensiallaşmış əməkha­qqı tətbiq ediləcək. Sertifikasiya mümkün qədər tez keçirilm­əlidir ki, qeyri-peş­əkar, yaxud da peşək­arlıq səviyyəsi aşağı olan müəllimlər pe­şəkarlarla əvəzlənsi­n".


Sevinc
BakuPost
Şərhlər
  • Bəhrami

    İnşallah riyazi-texniki fənlər üzrə minlərlə müəllim və texniki-mühəndis savadlı işçi var və yığmaq mümkündür! Təki nominal, normal saatlı iş versinlər? Güc yox, savad, üsuli-qabiliyyəti gərəksə 65, 75 preponlarını da meydana qoymasınlar? Başı gərəkdir, qanadları, yoxsa, quyruğu?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər