Ru
15:56 / 27 Fevral 2023

"Müəllimlərin 25 %-dən çoxu 1000 manatdan yuxarı əməkhaqqı alacaq" - Nazir

"Müəllimlərin 25 %-dən çoxu 1000 manatdan yuxarı əməkhaqqı alacaq" - Nazir
Eye

"Fevralın 1-dən etibarən dövlət ümumtəhsil müəssisələrində çalışan 25 %-dən çox müəllim 1000 manat və daha yuxarı əməkhaqqı alacaq".

Bakupost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, son 10 ildə (2014-2023-cü illər) müəllimlərin orta aylıq əməkhaqqı məbləği təxminən 3 dəfə artıb:


"Həmin müddət ərzində müəllimlərin orta aylıq əməkhaqqı məbləği 267 manatdan 790 manata qədər artıb. Ötən il sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər 1195 manat maaş alır".

O bildirib ki, 29 573 nəfər müəllim 500 manata qədər, 67 499-u 500-1000 manat, 29 423-ü 1000-1500, 3103-ü 1500-2000, 216-sı 2000 manat və daha artıq əməkhaqqı alacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar