Ru
18:03 / 07 İyul 2022

Müşfiq Abbasovun yeni romanı çap olundu - FOTO

47657
Yazıçı Müşfiq Abbasovun real hadisələr əsasında qələmə aldığı "Qan haqqı" detektiv romanı işıq üzü görüb.


Bakupost.az xəbər verir ki, romandakı hadisələr iki xətt üzrə cərəyan edir.


Biznesdə uğurlar əldə edən dostlardan birinin səhvi ətrafında olan hər kəsin həyatına təsir edir. İçində olan şeytani hissləri boğa bilməyən Tərlanın hərəkətləri günümüzün reallıqlarını xatırladır.


O, xəyanəti yalnız həyat yoldaşına deyil, yaxşı dostlarına da edir. Dostlardan birinin qəflətən müəmmalı qətli isə hamını, o cümlədən Tərlanı da çaşdırır. Nəticədə Tərlan həbs olunur. Məhz bu dönəmlərdə ucqar rayonların birində azyaşlı qız yoxa çıxır. Axtarışlar nəticə vermir. Bir aydan sonra aşkar olunan yandırılmış qız meyiti hər kəsi sarsıdır.


İstintaq orqanı azyaşlı qızı öldürməkdə Mahiri günahkar bilərək həbsə alır. Mahir isə israrla günahsız olduğunu bildirir. Tərlanla Mahir istintaq təcridxanasında eyni kamerada saxlanılır.


Əslində hər iki qətli törədən kimlərdir? Əsərin sonunda qanunla ədalətin bir-biri ilə mübarizəsi önə çəkilir.


Kəskin süjet xəttinə malik "Qan haqqı" romanı milli detektiv janrına yeni bir töhfədir.

M. Abbasov romanı Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsinə ithaf edib.


"Qanun" nəşriyyatı tərəfindən çap olunmuş "Qan haqqı" romanını "Bakı Kitab Mərkəzi", "Libraft" , "Ali və Nino" , habelə "Oyal" kitab mağazalarından əldə edə bilərsiniz.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər