Sosial şəbəkələrdə yayılan videoda İranda bir alıcının cəmi üç məhsula - pomidor, pendir və saqqıza görə nağd ödəniş etdiyi anlar əks olunub.
"Bakupost" xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı video yayıb.
Kadrlara əsasən, müştəri alış-verişin müqabilində satıcıya 818 min tümən (4,73 AZN) verib.
Böyük həcmdə əsginaslar səbəbindən pul satıcının tərəzisinin üzərinə qoyulub və çəkisi təxminən iki kiloqram təşkil edib.