Ru
16:50 / 14 İyul 2022

Nadir xəstəlik qadını canlı heykələ çevirdi

9950
Nadir genetik xəstəlik 29 yaşlı qadını canlı heykələ çevirib.

Bakupost.az xəbər verir ki, ABŞ-ın Konnektikut ştatının sakini Casmin Floyd nadir fibrodisplaziyadan əziyət çəkir.

O, gəzə, otura, daya bilmir, çünki bu zaman güclü ağrılar olur.

Birləşdirici toxumaların daş kimi bərkiməsi nəticəsində qadın 2 ildir ki, yatağa məhkumdur. Çünki xəstəlik ona gəzməyə belə imkan vermir.

Əslində anadangəlmə bu xəstəliyi olan pasiyentə diaqnoz 5 yaşında qoyulub, o vaxt elə də ciddi simptom yox idi. Uşaq yaşıdları kimi hərəkət edirdi.

Lakin 2019-cu ildən ciddi ağırlaşma baş verdi və qızı xəstəxanaya qoydular. Düz 6 ay xəstəxanada qalan qız artıq əvvəlki həyatına qayıda bilmir.

İndi o tualetə qalxmaq üçün belə güclü stress keçirir. Cəmi 10 dəqiqə ayaq üstə qala bilir.

Xəstəliyin müalicəsinə ümidli olsa da, hələ ki, təcrübədə uğurlu nəticə yoxdur.

Fibrodisplaziya - bağlar, vətərlər, əzələ və birləşdirici toxumaların zamanla daşlaşmasıdır.

Bu xəstəlik bir milyon insanda 2 nəfərdə görülür.

Sanki "səni görüm daşa dönəsən" sözü məhz bu diaqnoz üçün deyilib.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər