Ru
12:42 / 12 Oktyabr 2024

Namiq Mənanın restoranında insident - Həbs edilən var

Namiq Mənanın restoranında insident - Həbs edilən var
Eye

Oktyabrın 10-na keçən gecə Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Mor-Mor” restoranında insident baş verib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, restoranda müştəri qismində olan 1986-cı il təvəllüdlü İ.Həsənov (şərti) dava-dalaş salıb.

O, restoranın qab-qacaqlarını sındırıb, ünvansız söyüşlər işlədərək iaşə obyektinin iş rejimini pozub. Həmçinin hadisə yerinə gələn polis əməkdaşlarına tabesizlik göstərib.

Daha sonra saxlanılan şəxs polis şöbəsinə aparılıb və barəsində inzibati xətaya dair protokol tərtib edilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə İ.Həsənova 8 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, hadisənin baş verdiyi restoran tanınmış meyxanaçı Namiq Mənaya məxsusdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar