Ru
11:57 / 18 İyun 2025

Naxçıvanda yeni qurum yaradıldı - Rəis təyin olundu

Naxçıvanda yeni qurum yaradıldı - Rəis təyin olundu
Eye

Naxçıvanda yeni qurum yaradılıb, rəis təyin olunub.

Bakupost.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsi yaradılıb.

Bu gün keçirilən təqdimat mərasimində regional bölməyə yeni rəis də təyin edilib. Belə ki, Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun müvafiq əmri ilə Səttar Şəmsəddin oğlu Nəsirov 14 saylı Naxçivan regional bölməsinin rəisi təyin olunub.

Digər əmrlə Sabir Rzayev qurumun rəis müavini təyin edilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar