Ru
16:47 / 26 Sentyabr 2022

Nazarbayevin qardaşı oğluna 6 il həbs cəzası verildi

Nazarbayevin qardaşı oğluna 6 il həbs cəzası verildi
Eye

Qazaxıstanda məhkəmə sabiq prezident Nursultan Nazarbayevin qardaşı oğlunu mənimsəmə işi üzrə 6 il azadlıqdan məhrum edib.


Bakupost.az bildirir ki, bu barədə "Zakon.kz" portalı məlumat yayıb.


“Kairat Satıbaldıulı 6 il müddətinə azadlıqdan məhrum edilib”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti martın 13-də K. Satıbaldıulunu vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom” SC-nin vəsaitlərini mənimsəmək ittihamı ilə saxlayıb.

Martın 17-də isə onun keçmiş arvadına qarşı quldurluq yolu ilə biznesi ələ keçirmə faktı ilə bağlı araşdırmalara başlanılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar